Xəlifə Hafterin müharibə cinayətlərinin müəyyənləşməsinə dair komitə qurulub

Xəlifə Hafterin müharibə cinayətlərinin müəyyənləşməsinə dair komitə qurulub
17 Dekabr 2020
Mətni dəyiş

Liviyanın milli keçid hökumətinin Müdafiə Naziri Səlahəddin Namroush Xəlifə Hafterin müharibə cinayətlərini müəyyən etmək üçün komitə qurulacağını bildirib.

Livyanın BMT-dəki rəsmi təmsilçisi olan milli keçid hökumətinin Müdafiə naziri Səlahəddin Namroush qeyri-legitim hərbi dəstələrin rəhbəri Xəlifə Hafterin müharibə cinayətlərini müəyyən etmək üçün yeni komitə qurduqlarını bildirib.

Namroush komitə ilə əlaqədar beynəlxalq aləmə və beynəlxaq insan haqqları təşkilatlarına müraciət edərək, müharibə cinayətlərinin qurbanlarının yaxınlarına dəstək olacaqlarını bildirib.

"Xalqımızın hüquqlarını yox saya bilmərik" 

Namroush açıqlamasında "Zorakılıqdan əl çəkməyə, Tripoli və digər bölgələrə hücumları dayandırmağa, bu bölgələrə yönəlik hücumu qınamağa, dəyən zərərə görə təzminat ödəməyə və cinayətkarların məsuliyyətə cəlb olunmasına səbəb olmayan hansısa həll yolu kövrək həll yoludur, yeni cinayətlər olarsa, qarşısını ala bilməyəcək. Xalqımızın haqqlarının təmin olunmasında hansısa qanunsuz müdaxilələrə görə dayanmayacağıq və cinayətkarların cəza almasına çağlışacağıq. Tripolidə zorakılarla özlərini müdafiə edənlərin eyni tutulmasını həmişə rədd edəcəyik", - deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun