Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesus soyqırımda ittiham olunur. O, Laheydəki beynəxlaq məhkəmədə mühakimə oluna bilər.
ÜST-ün direktoru 2005-2006-cı illərdə efiopiyalılara qarşı şiddət və soyqırım törətməkdə günahlandırılaraq məhkəməyə verilib.
Amerikalı iqtisadçı David Steyinman Laheydəki beynəlxalq məhkəməyə müraciət edərək Qebreyesusun 2005-2012-ci illərdə ölkəsinin Səhiyyə naziri, 2012-2016-cı illər arasında da Xarici İşlər naziri olduğunu deyib. Steyinman o dönəm Tigray Xalq Qurtuluşu hərəkatı mənsubu olan Tedros Adhanom Qebreyesusun ölkədə yaranan daxili savaşa görə məsuliyyət daşıdığını bildirib.
Soyqırım ittihamı ilə mühakimə olunmasını istəyib
David Steyinman Qebreyesusunc soyqırım cinayəti ilə mühakimə olunmasını tələb edib.
"Qebreyesus efiopiyalılara qarşı tətbiq edilən şiddət, saxlanma, edam, işgəncə qərarlarının verilməsində önəmli rol oynayıb. Amhara, Konso, Oromo və Somali qəbilələrinin yox edilməsinə yönəlik fəaliyyət göstərib", - deyə Amerikalı iqtisadçı David Steyinman bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesus üç il əvvəl ÜST-ün direktorluğuna gətirilib və bu bu qurumun tarixində tibbi keçmişi olmayan yeganə direktor kimi fəaliyyətini davam etdirir.