Türkiyədə yeni il ərəfəsində 80 saatlıq komendat saatı elan ediləcək

Türkiyədə yeni il ərəfəsində 80 saatlıq komendat saatı elan ediləcək
15 Dekabr 2020
Mətni dəyiş
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan koronavirusla mübarizədə əldə edilən uğurları gücləndirmək üçün 31 dekabr axşamından növbəti ilin 4 yanvarına qədər ara vermədən komendat saatı tətbiq ediləcəyini bəyan edib. Nazirlər kabinetinin iclasından sonra açıqlama verən Erdoğan həmçinin koronavirusa qarşı Çindən sifariş edilən Sinovac peyvəndlərinin tezliklə ölkəyə gələcəyini və ən qısa zamanda ölkədə peyvəndləməyə başlanılacağını deyib. Erdoğan daha sonra koronavirus pandemiyasına görə ölkədə sahibkarlıqla məşğul olan insanlara maddi yardımlar ediləcəyini, bir çox sahədə ƏDV-nin artıq aşağı salındığını da deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun