23 Dekabr 2020
Mətni dəyiş
Türkiyədə 2014-cü il yanvar ayının 1-də Cumhuriyyət qəzetinin redaktorlarından biri olan Can Dündarın bu ölkənin Milli Təhlükəsizlik İdarəsinə məxsus böyük yük maşınlarını dayandıraraq içindəki silahları kameraya çəkməsinə görə jurnalist elə 2014-cü ildə məhkəmə tərəfindən 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Ancaq o Almaniyaya mühacirət etdiyi üçün həbs cəzası yerinə yetirilə bilməmişdi.
İstanbul 14-cü Ağır Cəza Məhkəməsi bu gün keçirdiyi iclasında Can Dündarı yenidən mühakimə edib. Ona qarşı "gizli məlumatları casusluq məqsədiylə əldə etmək" əməlinə görə 18 il 9 ay, "FETÖ-yə daxil olmamaqla birlikdə təşkilata yardım etmək" əməlinə görə isə 8 il 9 ay həbs cəzasına məhkum olunub. Ümumilikdə Can Dündar 27 il 6 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə həmçinin özü xaricdə olan Can Dündarın Türkiyədəki bütün mülklərinin dövlət tərəfindən müsadirə edilməsinə də qərar verib.
Türkiyə dövləti artıq bir neçə ildir Can Dündarın Almaniyadan ekstradisiyası üçün çalışsa da Almaniya höküməti onu Türkiyəyə təhvil verməkdən intina edib.
Can Dündarın vəkilləri isə məhkəmənin tərəfsiz və müstəqil olmadığını əsas gətirərək məhkəmə iclaslarında iştirak etməyəcəklərini deyiblər.