Türkiyə italyanların dünyaya təhdid kimi gördüyü üç ölkədən biri olub

Türkiyə italyanların dünyaya təhdid kimi gördüyü üç ölkədən biri olub
19 Dekabr 2020
Mətni dəyiş

İtaliyada aparılan bir sorğuda italiyalıların "dünya üçün ən böyük təhdid" kimi gördüyü ölkələr arasında Türkiyə ilk dəfə üçlükdə yer alıb.

İtaliyanın beynəlxalq münasibətlər sahəsindəki ən köklü beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu və Ipsos tədqiqat şirkəti tərəfindən aparılan sorğuda italyalıların xarici siyasətlə bağlı fikirləri öyrənilib.

Anketə görə son 5 ildə sürətlə yüksəlib ilk dəfə italyalıların təhdid kimi gördüyü 3 ölkədən biri olub.

"Hansı ölkə dünya üçün ən böyük təhlükədir?" sualına italyalılar ilk sırada Çini, ikinci sırada İranı, üçüncü sırada isə Türkiyəni göstəriblər.

Türkiyə təhlükə olaraq görülən ölkələr arasında Şimali Koreyanı, Amerikanı və Rusiyanı geridə buraxıb.

"Bir neçə il əvvələ qədər Avropa Birliyi üzvü ola biləcək bir statusda olan Türkiyə, indi İranla eyni səviyyədə tutulur. Aydındır ki, Türkiyənin etdiyi yanlış şeylər var, ona görə də nəticələri belə mənfi mənada yüksəlir", - deyə Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun direktoru anketi şərh edərkən deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun