Taliban Co Baydeni təhdid edib: "Əsgərlərini may ayına kimi Əfqanıstandan çıxartsın"

Taliban Co Baydeni təhdid edib: "Əsgərlərini may ayına kimi Əfqanıstandan çıxartsın"
15 Dekabr 2020
Mətni dəyiş

Taliban Amerika əsgərlərinin Əfqanıstandan çəkilməsi prosesindən imtina ediləcəyi təqdirdə xarici hərbi birləşmələrə qarşı hərbi hücumlar başladacağını bildirib. 

20 yanvarda Amerikanın yeni prezidenti kimi fəaliyyətə başlayacaq Co Bayden Taliban tərəfindən təhdid edilib.

BBC-ə danışan iki yüksək vəzifəli Taliban nümayəndəsi bildirib ki, may ayının sonuna kimi ölkədə bir nəfər də xarici ölkə əsgəri qalsa, işğalçı hesab etdikləri bu əsgərlərə qarşı hərbi əməliyyatlara başlayacaqlar.

Demokratların namizədi, yeni prezident Co Bayden seçki kampaniyası dövründə Əfqanıstandakı müharibəni sona çatdıracağını, ancaq təhlükəsizlik səbəbi ilə çox az sayda əsgəri Əfqanıstanda saxlayacağını bildirmişdi.

Fevral ayənda isə Tramp hökuməti Əl-Qadiə kimi Amerikanın terror təşkilatı hesab etdiyi qrupların ölkə torpaqlarında qalmıyacağı təqdirdə, əsgərlərini tam tərkibdə Əfqanıstandan çıxara biləcəyini demişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun