"SOCAR Energy Georgia" şirkətinin direktoru Mahir Məmədovun təşəbbüsü ilə və Gürcüstanın Sülh və Vətəndaş Bərabərliyi Nazirliyinin iştirakı ilə bu ölkədə münaqişədən əziyyət çəkən 2174 ailəyə ərzaq yardımı edilib.
Sosial yardım aksiyası beş münaqişə regionunun 116 kəndində yaşayan bütün zəif sosial vəziyyəti olan tənha, yaşlı, çoxuşaqlı ailələrə edilib.
Kampaniya Samqrelo bölgəsindən başlayıb. Ərzaqları ehtiyaclı ailələrə "SOCAR Georgia Petroleum" şirkətinin direktoru Levan Qiorqadze, Sülh və Vətəndaş bərabərliyi naziri Teya Axvlediyani, deputat İrakli Çikovani və başqaları təqdim ediblər.