Rusiyada internetdə böhtan atmağa görə cəzalar sərtləşdirilib

Rusiyada internetdə böhtan atmağa görə cəzalar sərtləşdirilib
25 Dekabr 2020
Mətni dəyiş

Rusiya parlamentinin aşağı palatası olan Duma internetdə böhtana görə cəzaları artıran qanun qəbul edib.

Rusiyada bu günə qədər internetdə böhtan atdığına görə cərimələnən və ya məcburi əmək cəzasına məhkum edilən şəxslər artıq yeni qərara görə həm də həbs oluna bilərlər.

Qanuna görə, İnternetdə və ya Kütləvi İnformasiya Vasitələrində açıq şəkildə böhtan atan şəxslər 2 ilədək həbs cəzasına məhkum edilə bilərlər. Buna qədər bu cinayət üçün nəzərdə tutulan digər cəzalar 1 milyon rubla qədər cərimə, 240 saata qədər məcburi əməyə cəlb olunma və ya 2 ilə qədər islah işləri idi.

Böhtan atan vəzifəli şəxslər isə 2 milyon rubla qədər cərimə, 320 saata qədər məcburi əməyə cəlb olunma və ya 3 ilə qədər həbs cəzası alacaqlar.

Əgər şəxs kiməsə "Təcavüz" böhtanı atacaqsa, məhkəmə həmin şəxsi 5 milyon rubla qədər cərimə, 480 saata qədər məcburi əməyə cəlb olunma və ya 5 ilə qədər həbs cəzası kəsə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun