Rusiya prokurorluğu Navalniya qarşı fırıldaqçılıq maddəsi ilə yeni cinayət işi başladıb

Rusiya prokurorluğu Navalniya qarşı fırıldaqçılıq maddəsi ilə yeni cinayət işi başladıb
30 Dekabr 2020
Mətni dəyiş

Rusiya prokurorluğuna bağlı olan istintaq komitəsi müxalifət lideri Aleksey Navalnıya qarşı yeni cinayət işi başladıb. Navalni RF cinayət məcəlləsinin 4-cü hissəsinin 159-cu maddəsi ilə (xüsusi böyük miqyasda fırıldaqçılıq) şübhəli bilinir. Bu haqda Rusiya baş prokurorluğu məlumat yayıb.

İstintaq komitəsinin iddiasına görə Navalni yaratdığı qeyri-kommersiya təşkilatının ehtiyacları üçün 588 milyon rubl pul yığıb. Söhbət Navalnının yaratdığı "Korrupsiya ilə mübarizə fondu", "Kütləvi informasiya vasitəsinə dəstək "İlin beşinci vaxtı" fondu", "İnsan hüquqlarının müdafiəsinin koordinasiya fondu", "Vətəndaşlara hüquqi təminat fondu" və "ŞTAB - vətəndaşların hüquqlarını müdafiə fondu"ndan gedir.

İstintaq düşünür ki, bu fondlara toplanan 356 milyon rubl Navalnının şəxsi xərclərinə gedib. Hüquq-mühfizə orqanlarının məlumatına görə, müxalif lider özünə əmlaklar alıb və maddi var-dövlət toplayıb, xərclərini ödəyib, həmçinin ölkə xaricində istirahətə gedib.

Navalni ona qarşı qaldırılmış cinayət işinə şərh verərkən öz tvitter hesabında yazıb ki: "Görünür, Putin sadəcə isterika içində boğulur".

2020-ci ilin iyun ayında Navalniya qarşı böhtan atma maddəsi ilə cinayət işi qaldırılmışdı. Avqust ayında məhkəmə Navalninin Almaniyada müalicə olunması ilə əlaqədar işi təxirə salmışıdı.

Avqust ayının 20-də Aleksey Navalni Tomsk şəhərindən Moskvaya gedən təyyarədəykən qəfil özünü pis hiss etmiş və müalicə üçün təcili Almaniyaya aparılmışıdı.

Almaniyada onun bədənində "Noviçok" tipinə aid kimyəvi zəhər tapılmışdı. Rusiya höküməti Navalninin zəhərlənməsində iştirakını inkar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun