Rusiya kəşfiyyatının Amerikanın dövlət qurumlarına kiber hücumlar təşkil etdiyi iddia olunur

Rusiya kəşfiyyatının Amerikanın dövlət qurumlarına kiber hücumlar təşkil etdiyi iddia olunur
15 Dekabr 2020
Mətni dəyiş

Amerikanın Maliyyə və Ticarət Nazirliyindən sonra, Daxili İşlər Nazirliyinə də kiber hücumlar təşkil olunub.  Washington Post qəzetinin verdiyi məlumata görə, kimliyinin bilinməsini istəməyən Amerika rəsmiləri kiber hücumların Rusiiya tərəfindən təşkil olunduğunu bildirib. Rəsmilər bildirib ki, daha çox quruma kiber hücumlar olacağı gözlənilir. Eyni zamanda özəl sektora da belə hücumların olacağını istisna etmirlər. Amerika bu hücumların arxasında Rusiya Xarici Kəşfiyyat xidmətinin olduğunu iddia edir, Rusiya tərəfi isə bu iddiaları rədd edir. Ağ Ev də bu günlərdə Ticarət və Daxili İşlər Nazirliklərinə xarici ölkədən kiber hücumların təşkil olunduğunu açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun