Putin yenə Qarabağı Azərbaycan torpağı adlandırıb, amma "hərə öz tutduğu ərazidə qalmalıdır" - deyib

Putin yenə Qarabağı Azərbaycan torpağı adlandırıb, amma "hərə öz tutduğu ərazidə qalmalıdır" - deyib
18 Dekabr 2020
Mətni dəyiş

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırıb.

Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan Rusiya prezidenti Vladimir Putin deyib ki, "Vəziyyət normativ postulatlarda göstərilənlərdən daha mürəkkəbdir. Münaqişə etnik münaqişə kimi Sumqayıtdan başlayıb və Dağlıq Qarabağa keçib.

"Burda hərənin öz həqiqəti var, ermənilər də Dağlıq Qarabağda vaxtilə silaha sarılaraq öz həyatlarını və ləyaqətlərini qorumaa çalışdılar və nəticədə vəziyyət o yerə gəlib çıxdı ki bu ilin sonunda münaqişə kəskinləşdi".

O bildirib ki, vəziyyət nəzarətdən çıxıb, bu gərginlik uzun illər boyu davam edib: “Bunun xaricdən hansısa müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Toqquşmalar, qarşılıqlı atışmalar və kiçik münaqişələr dəfələrlə olub. Nəticədə bu, münaqişəyə çevrilib”.

RF-nin prezidenti tərəflərin tutduqları ərazilərdə qalması barədə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın bəndlərindən birinə şərh edib:

"Ancaq biz razılaşdıq, üçtərəfli razılaşmadan da məlumdur ki, hərbi əməliyyatlar dayandırıldı və burda daha mühüm məsələ odur ki, tərəflər bizim üçtərəfli razılaşmamızda göstərdiyimiz ərazilərdə qaldılar. Bax hər kəs orda qalmalıdır. Bu barədə çoxlu məsələlər ortaya çıxır, xüsusən infrastrukturla bağlı məslələrdir".

[caption id="attachment_94186" align="aligncenter" width="1200"] Vladimir Putin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır.[/caption]

Onun sözlərinə görə, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır. Statusla bağlı Putin belə deyib: "Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır"

Rusiya prezidenti razılaşmanın əsas nəticəsi kimi insanların həyatlarının qorunmasını adlandırıb: “Yerdə qalanlar ikinci dərəcəlidir”.

Rusiya prezidenti atəşkəsin yalnız təsadüfən pozulacağına ümidini ifadə edib.

Qarabağda sülhməramlıların sayının artırılmasına gəlincə, bunun tərəflərin razılığı ilə mümkün olduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun