Keçmişdə KQB-də cəsusluq edən Putin bu il 100 illik yubileyini qeyd edən SVR Baş İdarəsinin qarşısındakı abidəyə çələng qoyub
Rusiya Prezidenti Vladimir Putin dünən Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaradılmasının 100 illiyində Rusiya cəsuslarının 'cəsur' rolunu yüksək qiymətləndirdiyini deyib.
Putin Moskvadakı SVR qərargahı qarşısındakı çıxışında "Rusiyanı və xalqımızı daxili və xarici təhdidlərdən qoruyan, suverenliyimiz və milli maraqlarımızın qayğısına qalan hər kəsə uğurlar diləyirəm" deyib.
Putin deyib ki, Sovet kəşfiyyatı Dövlət Təhlükəsizlik Komitəsini əvəz edən SVR sıralarında xidmət edən sadiq və cəsarətli insanların olduğundan əmindir.
Putin əlavə edib ki, ümid edirəm ki, SVR Rusiyaya potensial təhlükələrin aşkarlanması və aradan qaldırılmasında fəal rol oynayacaq: "Təhlükəsizlik xidmətlərinin qanunları və milli maraqları rəhbər tutaraq səmərəli işləməsi Rusiya üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb və daşıyacaqıdr", - deyə o vurğulayıb.
Reuters xəbər verir ki, Putin bu açıqlamaları Moskvanın ABŞ dövlət qurumlarına qarşı geniş kiberhücumların arxasında durmaqda ittiham olunmasından sonra verib. Kiber təhlükəsizlik sahəsindəki tədqiqatçılar, SVR-nin keçən həftə ABŞ hökumətinə məxsus kompüter sistemlərini hədəf alan misli görünməmiş hücumlardan məsul ola biləcəyini düşünürlər.
ABŞ Dövlət Katibi Mayk Pompeo cümə günü hücumun Rusiyadan gəldiyini bildirib.
Moskvanın ümumiyyətlə Qərb ölkələrini hədəf alan kiber hücumlarda iştirak etmədiyini bildirən Kreml, Rusiyanın son hücumlarla da heç bir əlaqəsinin olmadığını bildirib.