Pfizer və BioNTech şirkətinin koronovirus əleyhinə peyvəndi ABŞ-da da istifadəyə başlanılır

Pfizer və BioNTech şirkətinin koronovirus əleyhinə peyvəndi ABŞ-da da istifadəyə başlanılır
12 Dekabr 2020
Mətni dəyiş

Almaniyanın 'BioNTech' və ABŞ-ın 'Pfizer' şirkətinin ortaq istehsal etdiyi koronavirusa qarşı peyvənd ABŞ Qida və Dərman Agentliyi (FDA) tərəfindən təsdiqlənib.

FDA peyvəndi 16 yaş və ondan yüksək şəxslərə vurmağın mümkün olduğunu bəyan edib. Agentliyin rəhbəri Stephen Hahn deyib ki, bu peyvənd qorxunc pandemiyayla mübarizədə dönüş nöqtəsi olacaq.

Peyvəndin təsdiqlənməsindən az sonra isə ABŞ-da çox saylı mətbuat orqanları Ağ Evin FDA-ya peyvəndi təsdiqləməsi üçün təzyiq göstərdiyini yazıb.

Donald Trump 'Twitter' hesabında FDA-nı peyvəndi gec tədqiq edib təsdiqlədiyi üçün "böyük, yaşlı və ləng bir tısbağa" adlandırmışdı.

[embed]https://twitter.com/realDonaldTrump/status/1337369403638362114?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1337369403638362114%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Ftr%2Fpfizer-ile-biontechin-aC59FC4B1sC4B1na-abdde-de-onay%2Fa-55914711[/embed]

ABŞ prezidendi Donald Tramp FDA tərəfindən təsdiq olunan peyvəndin bu həftə sonu peyvəndləmənin başlanılacağını bildirmişdi.

'Twitter' hesabında yaydığı bəyanatında Tramp hökümətin peyvəndləri ştatlara göndərməyə başladığını və onun bütün ABŞ vətəndaşları üçün pulsuz olacağını qeyd edib. Tramp peyvəndin kəşfinin öz administrasiyasının uğuru olduğunu bildirib.

Dünyada ilk olaraq İngiltərədə tətbiq olunmağa başlanılan koronavirusa qarşı Almaniyanın BioNTech və ABŞ-ın Pfizer şirkətinin peyvəndi artıq dünyanın fərqli ölkələrindən tətbiq olunmağa başlayıb.

Avropa Birliyinin Dərman Agentliyinin hal-hazırda sınaqdan keçirdiyi peyvəndlərin yaxın həftələrdə rəsmi nəticəsi çıxacağı gözlənilir.

Hələlik isə Kanada, Bəhreyn, Səudiyyə Ərəbistanı və Meksika həmin peyvəndi qəbul ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun