Paşinyan Qarabağ müharibəsində məğlubiyyətin səbəbini öyrənmək istəyir

Paşinyan Qarabağ müharibəsində məğlubiyyətin səbəbini öyrənmək istəyir
28 Dekabr 2020
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin son Qarabağ müharibəsində məğlubiyyətinin səbəbini anlamağa çalışdığını deyib. Bu haqda o ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. Baş nazirin sözlərinə görə müharibə ilə bağlı bütün həqiqətlərin üstünü açmaq onunçün önəmlidir. Belə ki, Paşinyan döyüş iştirakçılarından birinin ona şikayətində silahların anbarlarda saxlandığından və bölüklərə paylanmadığından dediyini bildirib. Paşinyan deyib ki, əgər bu epizod təsdiqlənsə "məğlubiyyətin səbəblərindən biri sübut olunacaq". Bundan öncə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbi kimi ölkə hakimiyyəti ilə ordu komandanlığı arasında qərarlarında düzgün koordinasiya edilməməsini göstərirdi. Ohanyan müharibənin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin 283 kilometrlik möhkəmləndirilmiş müdafiə xəttinin cəmi iki nöqtəsini keçə bildiyini deyirdi. Ohanyanın sözlərinə görə əgər ordu komandanlığı savadlı şəkildə davransaydı cəbhədə gələcək faciələrdən yayınmaq mümkün olardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun