Paris bələdiyyəsi xeyli sayda qadını yüksək vəzifələrə təyin etdiyi üçün 90 min avro cərimələnib

Paris bələdiyyəsi xeyli sayda qadını yüksək vəzifələrə təyin etdiyi üçün 90 min avro cərimələnib
16 Dekabr 2020
Mətni dəyiş

Xeyli sayda qadını yüksək vəzifələrə təyin etdiyi üçün Paris bələdiyyəsi 90 min avro cərimələnib. Paris bələdiyyəsinin başqanı Anna Hidalqo Fransa hökumətinin bu qərarını "absurd" adlandırıb. 

2018-ci ildə Fransanın paytaxtı Parisdə 5 kişi və 11 qadın yüksək vəzifələrə təyin olunub. Yəni, vəzifələrin 100/69-da qadınlar yer alıb. Fransa qanunlarına görə isə, vəzifə bölgülərində görə vakansiyaların ən azı 100/40-da əks cinsin nümayəndələri olmalıdır.

Əslində bu qanun 2013-ci ildə idarəçilikdə qadınların sayının artırılması üçün qəbul olunub.

Qadınların əleyhinə olan göstəriciləri dəyişmək istədiklərini deyən sosialist bələdiyyə başqanı Anna Hidalqo "Bu cəza çox absurd olduğu kimi, məsuliyyətsiz və təhlükəlidir" deyə bildirib.

Parisin bələdiyyə başqanı olan Anna Didalqo bələdiyyə məclisində etdiyi çıxışda "Qadınları yüksək vəzifələrə gətirməliyik. Fransa bu məsələdə gecikmiş vəziyyətdədir. Parisdə bunu bacarmaq üçün əlimizdən gələni edirik və həm kişilərdən, həm də qadınlardan ibarət geniş bir komanda ilə bərabərlik mübarizəsi aparmağımızdan qürur duyuruq", - deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun