NATO bioloji hücumlara qarşı: "Laboratoriyada hər cür yayğın və ölümcül virus hazırlamaq olur"

NATO bioloji hücumlara qarşı: "Laboratoriyada hər cür yayğın və ölümcül virus hazırlamaq olur"
30 Dekabr 2020
Mətni dəyiş

Koronavirus bioloji silahlarla mümkün bir hücum vəziyyətində yaşana biləcək fəlakət ssenarilərini gündəmə gətirib. NATO viruslarla hücumlara qarşı tədbirlərin artırılacağını açıqlayıb.

NATO-nun Baş katibi Jens Stoltenberg DPA-ya verdiyi müsahibəsində koronavirusun laboratoriya mühitində yaradılan bir virus olmduğunu və bu halın bioloji silahın istifadəsinin təhlükəsini ortaya qoyduğunu bildirib.

NATO-nun bu cür təhlükələrdən xəbərdar olduğunu bildirən Stoltenberg bioloji silahlarla mümkün hücumların qarşısını almaq üçün kəşfiyyat xidmətləri ilə məlumat mübadiləsini inkişaf etdirdiklərini də bildirib.

Kimyəvi silahlar kimi bioloji silahların da beynəlxalq qanunlar çərçivəsində qadağan olunduğunu vurğulayan Stoltenberg qeyd edib ki, bunların istifadəsinə hazır olmalıyıq, çünki bu silahların hələ də mövcud olduğunu bilirik.

Yüz minlərlə insanın ölümünə səbəb ola biləcək geniş miqyaslı bir bioloji silah hücumunun terrorçular və ya dövlət rəhbərləri tərəfindən həyata keçirilə biləcəyinə diqqət çəkən NATO Baş katibi, bioloji silahların ənənəvi və ya nüvə sənayesinə cavab olaraq istifadə edilə biləcəyini bildirib.

"NATO qadağan edilmiş silahlara sahib deyil, ancaq ehtiyac duyulduğunda bu silahlara cavab vermək üçün bir sıra qabiliyyətlərimiz var", - deyə NATO Baş katibi Jens Stoltenberg bildirib.

Viruslar silaha çevrilə bilər

Mütəxəssislər uzun illərdir ki, su çiçəyi və qarayara patogenlərini, həmçinin qrip və ya koronavirusları mümkün bioloji silah kimi qəbul edirlər. Çünki tədqiqatçılar laboratoriya mühitində virusları süni şəkildə daha təhlükəli hala gətirə biləcəklərini dəfələrlə sübut ediblər. Bu cür təcrübələr təbii virus mutasiyalarının nəticələrinə qarşı hazırlıqlı olunmağı hədəfləyir. Bununla yanaşı, terrorçuların oxşar təcrübələr apardıqları təqdirdə bunun hansı nəticələrə səbəb ola biləcəyi də araşdırılır.

Araşdırmalarda maraqlı fəlakət ssenariləri aşkar edilib. Belə ki, viruslar yalnız seçilmiş insan qruplarına ölümcül olmaq üçün dəyişdirilə bilər. Məsələn, yalnız ağları və ya yalnız qaradəriləri öldürəcək viruslar istehsal edilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun