İspaniyada koalisiya hökumətinin sol qanadının təşəbbüsü ilə parlamentə təklif edilən Evtanaziya qanunu qəbul edilib.
Ölkədə 20 ildir müzakirələrə səbəb olan Evtanaziya qanunu parlametdə 138 səs əleyhinə, 198 lehinə olmaqla qəbul edilib. Qanun Senata göndərilib.
Qanun Senatda keçdikdən sonra yenidən parlametdə səsverməyə çıxarılacaq. Əgər səsvermədən yenidən keçsə, 2021-ci ildən etibarən tətbiq ediləcək.
Qanuna görə, İspaniya vətəndaşı və 18 yaşdan yuxarı olan şəxslər sağalmaz fiziki və zehni xəstəliyə tutulduqda, acı çəkdikdə çarəsiz xəstəlikdən xilas olmaq üçün Evtanaziyaya müraciət edə biləcəklər.
Məsələ ilə bağlı açıqlama verən İspaniyanın baş naziri Pedro Sançez bildirib ki, bu, ölkənin sosial həyatında böyük qazancdır: "Azadlıqda, mədəni haqlarda və hörmətdə irəliləyirik", - deyə o, bildirib.
Qanuna təşəbbüsünə sağ yönümlü əsas müxalifət partiyaları etiaz edib.
Evtanaziya nədir?
Evtanaziya sağalmaz fiziki və zehni xəstəliyə tutulan xəstələrin öz arzuları ilə ölümlərinin həyata keçirilməsi təcrübəsidir.