İran və İsrail arasında kiberhücumlar intensivləşib

İran və İsrail arasında kiberhücumlar intensivləşib
21 Dekabr 2020
Mətni dəyiş

Aylardır İran və İsrail arasında olan qarşılıqlı kiberhücumlar sürətlənib.

Noyabr ayında İranlı nüvə fiziki Muhsin Fəhrizadənin öldürülməsinə görə ittiham olunan İsraillə Tehran arasındakı gərginliik artıb.

Times of Israelin yazdığına görə, İranla əlaqəli olduğu iddia edilən "Pay2Key" adlı bir haker qrupu bazar günü paylaşdığı bir tvitində İsrailin Aerokosmik Sənayesinin kompüter sistemlərini sındırdıqlarını elan ediblər.

Hacker qrupu IAI-nin törəməsi Eltaya bağlı olan Koby Fiadada bir sistem administratorunun şifrəsini əldə keçirdiklərini də bildiriblər.

Məqalədə Pay2Key xaker qrupunun hədəf aldığı kompüter sistemlərini şifrələyən və maraqlı tərəfləri bu sahələri yenidən açmaq üçün pul ödəməyə məcbur edən "fidyə proqramı" sahəsində məşhur olduğu yazılıb.

IAI hücumundan üç gün əvvəl Pay2Key haqqında hesabat yayan İsrailin kiber təhlükəsizlik firması ClearSky, xaker qrupunun Fox Kitten kimi tanınan İran xaker şəbəkəsinin bir hissəsi olduğunu açıqlayıb.

"Bu kampaniyanın İsraillə İran arasında davam edən kiber qarşıdurmanın bir hissəsi olduğunu təxmin edirik və son hücum dalğası bu hücumlardan əziyyət çəkən bəzi şirkətlərə ciddi ziyan vurub", - deyə ClearSky bildirib.

Calcalist veb saytına görə, 15-20 şirkət hücumdan əziyyət çəkib, lakin şirkətlərin siyahısı tam açıqlanmayıb. Bu hücumların arxasında İranın olduğu iddia edilib.

2020-ci ildə İsrailin su infrastrukturunu hədəf alan bir hücum da daxil olmaqla daha 5 kiberhücüumun arxasında İranın olduğu bildirilib.

Oktyabr ayında ölkədəki bəzi kiber təhlükəsizlik firmaları, İran İnqilab Keşikçiləri Ordusu ilə müqavilə bağlayan İran hakerlərinin bir sıra fidyə proqramı ilə İsrailin aparıcı şirkətlərini hədəf aldıqlarını bildirmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun