Livyadakı qeyri-qanuni silahlı birləşmələrin lideri Xəlifə Hafter Liviyanın 69-cu müstəqillik günü mərasimində çıxış edərək, Türkiyəni təhdid edib. Hafter bildirib ki, Tütkiyə ordusu ölkədə olduğu müddətdə barışıq olmayacaq.
Türkiyə Böyük Millət Məclisi Tripoli hökumətini dəstəkləmək üçün Livyada xidmət göstərən Türkiyə Silhalı Qüvvələrinin ölkədə qalmaq müddətini daha 18 ay uzadıb. Bundan sonra, Xəlifə Hafter sərt açıqlamalar verib.
Liviya müstəqilliyinin 69-cu ili münasibəti ilə təşəkil olunan mərasimdə çıxış edən Xəlifə Hafter bildirib ki, Türkiyə ordusu ölkədə olduğu müddətdə sülh olmayacaq: "Bütün qüvvələrimizi Liviyadakı Türkiyə qüvvələrinə qarşı müharibəyə hazır olmağa çağırıram", - deyə o, vurğulayıb.
Tripolidəki Milli Konsensus Hökümətinin Müdafiə naziri Salah en-Nemruş 2019-cu ilin 4 aprelində baş verənlərin yenidən təktatlanmasına imkan verməyəcəklərini bildirib. Hafter 4 aprel 2019-cu ildə Tripolini ələ keçirmək üçün hücum əmri verib və ölkə 14 ay dəhşətlər yaşamışdı.