“Din adamları COVİD-19 peyvəndlərinin halallıq məsələsini müzakirəyə çıxarıblar”

“Din adamları COVİD-19 peyvəndlərinin halallıq məsələsini müzakirəyə çıxarıblar”
22 Dekabr 2020
Mətni dəyiş

Oktyabrda İndoneziyalı diplomatlar və müsəlman ruhanilər Çinə gediblər.

Diplomatlar Çindən İndeoneziya üçün Çin istehsalı koronavirus peyvəndi almaq üçün danışıqlar aparıblar. Bununla yanaşı, din xadimləri peyvəndlərin halal istehsala uyğun olub-olmadığına dair həssaslıqlarını ifadə ediblər. Buna səbəb donuzlardan əldə edilən jelatinin də peyvəndlərin hazırlanmasında istifadə olunmasıdır.

Dünyada bir çox ölkələr koronaviru əleyhinə peyvəndlər hazırlamağa çalışır. Ancaq ölkələr bu peyvəndləri daha tez əldə edib, tətbiq etməyə maraqlıdır. Ancaq peyvəndlərdə donuz məhsullarının da istifadə edilməsi bu peyvəndlərin dünyanın hər yerində istifadə olunmasına əngəllər yaradacağına dair müzakirələrə səbəb olub.

Donuzlardan alınan jelatin peyvəndlərin daşınması və saxlanmasında səmərəliliyi təmin etmək üçün geniş istifadə olunur. Bir çox şirkət uzun illərdir hazırlanmasında donuz ətindən istifadə olunmayan dərmanlar əldə etməyə çalışır. İsveçrənin Novartis şirkəti tərkibində donuz məhsulları olmayan miningit dərmanları istehsal edir. Səudiyyə Ərəbistan və Malayziya da oxşar tədqiqatlar aparır.

İngiltərə İslam Tibb Dərnəyinin baş katibi Selman Şakar bildirib ki, tərkibində donuz jelatini olmayan dərman məhsullarının istifadə müddətinin daha qısa olmağı onu deməyə əsas verir ki, hələ uzun müddət tərkibində donuz məhsulları olan dərmanlardan istifadə olunacaq.

Pfizer, Moderna və AstraZeneca şirkətləri koronavirus peyvəndlərində donuz məhsullarından istifadə etmədiklərini açıqlayıblar. Ancaq dünyada gedən peyvənd araşdırmalarını və qısa müddətdə çox yüksək dozada peyvəndə ehtiyac olduğuna diqqət çəkən şirkət, bu müddətdə hazırlanmasında donuz məhsullarından istifadə olunmayan peyvəndlərin hazırlanmasının çox çətin olduğunu bildirib.

Yaranan vəziyyət müsəlmanlar və yəhudilər arasında peyvəndlərdə istifadə olunan donuz əti məhsullarının istifadəsinin halal olub-olmaması barədə mübahisələrə səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun