Çində yemək israfına görə pul cəzası kəsilməsi müzakirə olunur

Çində yemək israfına görə pul cəzası kəsilməsi müzakirə olunur
23 Dekabr 2020
Mətni dəyiş

Çin Dövlət Başçısı Si Cinpin qənaət tədbirləri çərçivəsində yemək israfına görə pul cəzası nəzərdə tutulub.

Prezidentin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa,  bir çox müəssisələr və müştərilər 100 min Çin yuanı cəriməsi ilə üzləşə bilərlər.

Avqust ayında mətbuata açıqlamasında prezident qida tullantılarının ölkə daxilində böyük həcmdə artdığını və israfın ayıb olduğunu, qənaətcilliyin şərəfli bir hərəkət olduğunu deyib.

Bundan sonra əlaqədar qurumlar restoranlarda verilən yemək hissələrinin azaldılması və qalıq yeməklərin qarşısını almaq üçün hərəkətə keçmişdi.

Bundan əlavə, Koreyada ilk dəfə ortaya çıxan mukbanq videoları olaraq bilinən, aşırı yeməyi təşviq edən videoların da yayılması qadağan edilib.

Xalq Konqresinin Daimi Komitəsinə təklif olunan qanun layihəsində müştəriləri "ehtiyacından daha çox yemək sifariş verməyə" təşviq edən müəssisələrin cəzalandırılması da təklif olunur.

Qaydalara əməl etməyənlər 10 min Çin Yuanına qədər cərimə edilə bilər.

Bundan əlavə, sifariş etdikləri yeməklərdən çox qalıq buraxan müştərilərin cəzalandırılması üçün də restoranlara səlahiyyət verilməsi düşünülür.

Həddindən artıq qida qəbuluna və israfçılığa təşviq edən radio, televiziya və onlayn proqramlar hazırlayan şəxslərin də cəzalandırılması gündəmdədir.

Çin Elmlər Akademiyasının hesabatına görə, Pekin və Şanxay kimi böyük şəhərlərdə 2015-ci ildə 17-18 milyon ton ərzaq israf olunub ki, bunun da təxminən 30-50 milyon insanı qidalandırmaq üçün yetərli olduğu düşünülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun