Çarukyan Paşinyanla onun istefası şərtlərini müzakirə etdiklərini deyib

Çarukyan Paşinyanla onun istefası şərtlərini müzakirə etdiklərini deyib
30 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 29-da Ermənistanın baş naziri Nikol Paşinyan ilə "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri, milyarder Qaqik Çarukyanın görüşü baş tutub. Görüşdən sonra jurnalistlər qarşısında çıxış edən Çarukyan deyib ki, biz Paşinyanla görüşdə ölkənin indiki ağır vəziyyətdən çıxarılması üçün onun istefası haqda danışdıq. Çarukyanla Paşinyanın görüşü Ermənistan parlamentində baş tutub. "Mən Paşinyana dedim ki, yeganə yol onun istefasıdır və bizim partiyamızın mövqeyi dəyişilmir. Əgər növbədənkənar parlament seçkilərindən danışırıqsa, o zaman hesab edirəm ki, müvəqqəti baş nazir olmamalıdır. Bu şərtləri qəbul etsə, onda hər şeydən danışacağıq" - deyə Çarukyan bildirib. Paşinyanın "Çiçəklənən Ermənistan" partiyasının liderinin təkliflərinə nə cavab verdiyini isə Çarukyan dilə gətirməyib. O jurnalistlərə məsləhət görüb ki, bu haqda baş nazirin özündən soruşsunlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun