Belçikada büdcə və istehlakçıların hüquqlarının qorunmasında cavabdeh olan nazir Eva De Blekeer dərman istehsalçıları ilə razılaşdırıldığı və gizli qalmalı olan koronavirus peyvəndlərinin qiymətlərini səhvən Twitter hesabında paylaşıb.
Avropa Birliyi Komissiyasının imzaladığı müqaviləyə görə, ən baha peyvənd Modernin istehsal etdiyi peyvənd olacaq, ən ucuzu isə Oxford-AstraZeneca tərəfindən istehsal edilən peyvənd.
De Blekeer Twitterdə bir müxalifət nümayəndəsinin peyvəndin qiyməti ilə bağlı sualına cavab olaraq, üzərində qiymətləri əks etdirən siyahı paylaşıb.
Siyahıda Belçikanın almaq istədiyi peyvəndlərin sayı, Avropa Birliyi komissiyasının müəyyən etdiyi hər doza başına qiyməti və ümumilikdə peyvəndlərə xərclənəcək pulun miqdarı qeyd olunub.
De Blekeerin yazdığına görə, Belçika 33.5 milyon doza peyvənd üçün ümumilikdə 279 milyon 120 min 190 avro ödəyəcək.
Bundan bir müddət sonra gizli saxlanılan informasiyaları yaydığını anlayan nazir, Twiti silib. Ancaq buna qədər bir çox media orqanı həmin mesajı görüntüləyə bildib.
