Amerikadakı prezident seçkilərinin qalibi demokratların namizədi Co Bayden olub.
ABŞ-ın seçki komissiyası 14 dekabrda ABŞ seçkilərinin rəsmi nəticələrini açıqlayıb və nəticələrə görə, demokrat namizəd Co Bayden vacib 270 səsi toplayaraq rəsmən Amerikanın 46-cı prezidenti olub.
Amerikanın ən böyük ştatı olan Kaliforniyadan 55 səs alan Bayden 270 səsə çatıb və qələbəsini dəqiqləşdirib.
Bundan əvvəlki nəticələrə görə Bayden respublikaçı Trampın 232 səsinə qarşılıq 306 səs qazanmışdı.
Trampın uğursuz şəkildə nəticələri başqa yollarla dəyişdirməyə çalışdığı Miçiqanda, Gorgiada, Arizonada, Nevadada, Pensilvaniyada və Viksonsində də Bayden qalib gəlib.
Trampın seçki saxtakarlığı iddialarına Amerika Seçki Komissiyasının rəsmi nəticələri açıqlaması ilə nöqtə qoyulduğu düşünülür.