Avropa Birliyi koronavirusun mutasiya etmiş yeni növünü müzakirə etmək üçün toplanacaq

Avropa Birliyi koronavirusun mutasiya etmiş yeni növünü müzakirə etmək üçün toplanacaq
21 Dekabr 2020
Mətni dəyiş

Avropa Birliyi ölkələri bu gün İngiltərədə ortaya çıxan koronavirusun mutasiya etmiş yeni növü ilə bağlı müzakirələr aparmaq üçün toplaşacaq. Birliyin 27 üzv ölkəsinin iclasda İngiltərə ilə hava və quru nəqliyyatını dayandırmağa qərar verəcəyi gözlənilir.

2019-cu ilin son günlərində ortaya çıxan koronavirusun sentyabrdan etibarən mütasiya etmiş yeni növünün yayıldığı bildirilir.

İngiltərədə aşkar olunan koronavirusun yeni versiyası bir çox ölkəni, xüsusən Avropa Birliyi ölkələrini narahat edib.

Virusun yeni versiyası indiyə qədər Belçika, Hollandiya, Avstriya, Danimarka və İtaliyada yayılıb.

Yahoo Newsin xəbərinə görə, Avropa Birliyi ölkələri bu gün bu böhrandan çıxış yollarını müzakirə edəcəklər.

Məqalədə adı açıqlanmayan bir Alman rəsmisi bildirib ki, Avropa Birliyinin  27 üzv ölkəsi İngiltərə ilə hava və quru nəqliyyatını kəsəcək.

İngiltərə Səhiyyə naziri Hancock ölkədə mutasiya etmiş yeni növ koronavirusun nəzarətdən çıxdığını bildirib. Bundan sonra, Türkiyə də daxil olmaqla bir çox ölkə İngiltərəyə qapılarını bağlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun