Argentinada aborta icazə verilib və xərclərin dövlət özü çəkəcək

Argentinada aborta icazə verilib və xərclərin dövlət özü çəkəcək
30 Dekabr 2020
Mətni dəyiş

Argentina parlamentindən sonra, senat da ölkədə abort adağasını aradan qaldıran qanun layihəsini qəbul edib. 

Əvvəllər aborta ancaq təcavüz nəticəsində hamilə qalanda və ya hamiləlik qadının səhətinə təhlükə yaradanda icazə verilirdi.

Qanun 38 səs lehinə, 29 səs əlehinə olmaqla senatdan da keçib. Bir nəfər isə bitərəf qalıb.

Beləliklə, Argentina abortu qəbul edən ilk Cənubi Amerika ölkəsi oldu. Aktivistlər illərdir qanunu dəyişdirmək üçün təbliğat aparırdılar. Bu qanun dünyanın ən məhdud abort qanunlarına sahib bir bölgə olan Latın Amerikası üçün böyük inkişaf olaraq göstərilir.

Qanun hamiləliyin 14-cü həftəsinə qədər hamiləliyin istəyə görə sonlandırmasını və lazımi müalicənin pulsuz verilməsini təmin edir.

Bu günə qədər isə qanun təcavüz nəticəsində hamilə qaldıqda və ya hamiləliyin qadının sağlamlığını təhlükəyə atdığında aborta icazə verirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun