ABŞ-da 15 yanvarda edam edilməsi planlaşdırılan Dustin John Higgs-in koronavirusa yoluxduğu bildirilib.
Eyni həbsxanada edam cəzası gözləyən digər məhkumların da koronavirus tutduğunu açıqlayan həbsxana rəhbərliyi, bir həbsxana işçisinin də testlərinin müsbət olduğunu bildirib.
"Terre Haute" həbsxanasında 222 məhkumun virusa yoluxduğu açıqlanıb, ancaq bunların neçəsinin ölüm hökümlü məhbus olduğu açıqlanmayıb.
Virusa yoluxmuş ölüm məhbusları ayrı-ayrı kameralarda saxlanılacaqlar.
Higgs 1996-cı ildə üç qadını öldürdüyünə görə, 2000-ci ildə ölüm hökmünə məhkum edilib.
Ölüm məhbusunun vəkili Shawn Nolan qərarın icrasının təxirə salınmasını istəyib.
İndiyə qədər ABŞ həbsxanalarında 643 məhbusda və 1693 işçidə koronavirus aşkar edilib.
Higgsin Co Bayden vəzifəsinə başlamazdan əvvəl edam edilən son məhbus olacağı planlanmışdı.
Demokrat Partiyasından prezident seçilən Bayden seşki kampaniyası dövründə ölüm hökmünün ləğv ediləcəyinə söz verib.