Amerika Navalnının zəhərlənməsinə görə açıq şəkildə Putini ittiham edib

Amerika Navalnının zəhərlənməsinə görə açıq şəkildə Putini ittiham edib
24 Dekabr 2020
Mətni dəyiş

ABŞ Dövlət Departamenti Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsində Rusiya Federal Təhlükəsizlik Xidmətini (FTX) günahlandırıb.

"Amerika Rusiya Federal Təhlükəsizlik Xidmətinin Navalnını zəhərləmək üçün "Noviçok" adlı bir zəhərdən istifadə etdiyinə əmindir. Rusiya hökumətinin ittihamları rədd etməkdən başqa bir inandırıcı açıqlaması yoxdur", - departamentin açıqlamasında bildirilib.

Açıqlamada deyilir ki, Rusiya hökuməti və prezident Vladimir Putin dünyanı bu hadisədə heç bir iştirakının olmadığına inandırmaq əvəzinə, bir-birinə zidd fərqli mövzular atır ortaya, bu da diqqəti öz üzərlərindən yayındırmağa hesablanıb.

ABŞ-ın bir çox araşdırma mərkəzinin Navalnının zəhərlənməsi hadisəsi ilə bağlı əldə etdiyi faktalara güvəndiyini bildirən açıqlamada Almaniya, Fransa və İsveç laboratoriyalarının daha əvvəl də Navalnınin "Noviçok" maddəsinə məruz qaldığını müəyyən etdikləri xatırladılıb. Xatırlatma

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb. Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı.

Navalnı Rusiya prezidenti Vladimir Putinin ən ciddi rəqibi hesab olunur. Ölkədəki korrupsiyaya qarşı mübarizəsi ilə tanınan keçmiş vəkil Navalnı, Kremlin qarşısında etdiyi etiraz aksiyaları ilə də tanınır. Bir neçə dəfə həbs olunan Aleksey Navalnı 2012-2014-cü illər arasında həbsxanada olubn. Avropa İnsan Hüquqları Məhkəməsi həbsi qanunsuz hesab edən qərar çıxarıb və Navalnının həbsini siyasi sifarişli həbs sayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun