Almaniya Can Dündarı Türkiyəyə ekstradisya etməkdən imtina etdi

Almaniya Can Dündarı Türkiyəyə ekstradisya etməkdən imtina etdi
25 Dekabr 2020
Mətni dəyiş

Almaniya Türkiyə məhkəməsi tərəfindən 27 il 6 ay həbs cəzasına məhkum edilən jurnalist Can Dündarı Türkiyəyə verməyəcək. 

Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildiriblər. Məlumatda deyilir ki, Almaniya prinsipial olaraq siyasi məhkum hesab olunan şəxsləri ölkələrinə ekstradisya etmir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Almaniyanın bu qərarına cavab olaraq özünün Tvitter hesabında yazıb ki, Dündar cəsusluq etdiyinə və silahlı qruplaşmaları dəstəklədiyinə görə mühakimə olunub. Bu həbsin mətbuat azadlığı ilə əlaqəsi yoxdur.

"Biz Almaniyadan müstəqil Türkiyə məhkəməsinin qərarına hörmət edib, Can Dündarı Türkiyəyə ekstradisya etməsini gözləyirik", - deyə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qeyd edib.

İstanbul Ağır Cinayətlər Məhkəməsi jurnalist Can Dündarı cəsusluq məqsədi ilə dövlət sirri hesab olunan məlumatları yaymaqda ittiham edərək 18 il 9 ay, Fətullah Gülən qrupu ilə iş birliyində ittiham edərək isə 8 il 9 ay azadlqdan məhrum edib. Jurnalist Almaniyada mühacirət həyatı yaşayır, Türkiyəyə qaytarılacağı təqdirdə 27 il 6 ay həbsdə olmalı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun