6 ay əvvəl qurulan Kosova hökuməti yenidən buraxılıb

6 ay əvvəl qurulan Kosova hökuməti yenidən buraxılıb
22 Dekabr 2020
Mətni dəyiş

İyun ayında Kosovoda qurulan Avdullah Hoti hökuməti 6 ay davam edə bilib.

Buna səbəb müxtəlif cinayət hadisələri ilə əlaqədar ittiham olunan bir millət vəkilinin hökumətin qurulmasına dair verdiyi səsin etibarsız hesab edilməsi olub.

Bu səbəbdən hökumət yenidən buraxılıb. Bir il ərzində ikinci dəfədir ki, Kosovoda siyasi böhran yaşanır.

İyun ayında 120 nəfərlik Kosova parlamentinin 61 səslə təsdiqlədiyi Baş nazir Avdullah Hoti hökumətində bir millət vəkilinin səsi Kosovo Konstitusiya Məhkəməsi tərəfindən etibarsız elan edilib.

Ana müxalifət partiyasının etirazını qəbul edən Kosovo Konstitusiya Məhkəməsi müxtəlif ittihamlarla məsuliyyətə cəlb olunan millət vəkilinin Hoti Hökümətinin qurulması üçün istifadə etdiyi səsinin etibarsız olduğuna dair qərar verib.

Səsin etibarısz hesab olunmasından sonra, hökumətun buraxıldığı elan edilib. Hoti hökuməti, Etem Arifinin səsi ilə 61-i tamamlayaraq hökuməti qurmuşdu. Kosovoda 40 gün ərzində seçkilərin keçirilməsi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun