Zelenski, Quterreş və Ərdoğan cümə axşamı Lvovda görüşəcək

Zelenski, Quterreş və Ərdoğan cümə axşamı Lvovda görüşəcək
17 Avqust 2022
Mətni dəyiş

Cümə axşamı Ukraynada prezident Volodimir Zelenski, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə danışıqlar keçiriləcək.

BMT-nin məlumatına görə, Quterreş Ukraynaya səfəri zamanı Lvova səfər edəcək. Orada Zelenski və Ərdoğanla görüşəcək. Ukraynaya səfərindən sonra Quterreş Türkiyəyə yollanacaq.

Reuters-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı hazırkı qarşıdurmada dəfələrlə vasitəçi kimi çıxış etməyə çalışıb. Ukrayna taxılına dair razılaşmada Ankaranın rolu həlledici adlanır. Avqustun 5-də Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb - bu, onların bir aydan az müddətdə ikinci görüşü idi.

Quterreşin mətbuat katibi Stefan Düjarrik cümə axşamı Lvovda keçiriləcək danışıqlarda tərəflərin Zaporojye AES ətrafındakı vəziyyəti, həmçinin fevralın sonu Ukraynaya hücum edən Rusiya ilə hərbi münaqişənin siyasi yolla həlli imkanlarını müzakirə edəcəklərini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun