Yerevan bazarında baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 18 nəfər itkin düşüb

Yerevan bazarında baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 18 nəfər itkin düşüb
16 Avqust 2022
Mətni dəyiş

Yerevanın Surmalu bazarında pirotexniki əşyalar anbarında baş vermiş partlayış nəticəsində ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Bu barədə TASS Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verib.

“İnterfaks” xəbər verir ki, ölənlər arasında uşaq və hamilə qadın da var. Həlak olan 9 nəfərin cəsədi hələlik müəyyən edilməyib.

Hazırda partlayışdan sonra daha 18 nəfər itkin hesab edilir. Onların arasında Rusiya vətəndaşı da var.

Avqustun 14-də Surmalu Topdan və Pərakəndə Satış Ticarət Mərkəzinin pirotexnika anbarında bir neçə partlayış baş verib, bundan sonra yanğın başlayıb, bina uçub. Avqustun 15-də səhər saatlarında 6 nəfərin öldüyü, 60-dan çox insanın yaralandığı və 16 nəfərin itkin düşdüyü bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun