Ukrayna ordusu Krımda Rusiyanın hərbi bazalarına zərbələr endirib

Ukrayna ordusu Krımda Rusiyanın hərbi bazalarına zərbələr endirib
10 Avqust 2022
Mətni dəyiş

Ukrayna ordusu avqustunda 9-da Krımda Rusiyanın hərbi obyektlərinə zərbələr endirib. Saka şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib, yanğın başlayıb.

Bu barədə "Unian" agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, Novofedorovkada uçuş zolağı və döyüş sursatlarının olduğu anbarlar yanır.

"İlk partlayış saat 15:20 radələrində eşidilib, ümumilikdə on partlayış olduğu bildirilir. İlkin məlumata görə, qonşu evlərə ziyan dəyib", deyə agentlik yerli mənbələrə istinadla bildirir.

Yerli sakinlər Yevpatoriyadan Novofedorofka istiqamətinə çox sayda təcili yardım maşınlarının getdiyini bildiriblər. Partlayış yerinə sanitar aviasiya göndərilib.

Novofedorovkadakı turistlər çimərliklərdən qaçıblar. Yerli sakinlər isə Novofedorovkanı kütləvi şəkildə tərk etməyə başlayıb, şəhərin çıxışında tıxaclar yaranıb.

Məlumata görə, Rusiya Novofedorovkadak aviabazadan Ukraynanın Zaporojye, Nikolaev və Xerson vilayətlərini bombalamaq üçün istifadə edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun