Tayvan Çinin “bir ölkə, iki sistem” modelini rədd edib

Tayvan Çinin “bir ölkə, iki sistem” modelini rədd edib
11 Avqust 2022
Mətni dəyiş

Tayvan hakimiyyəti Pekinin təklif etdiyi “Bir ölkə, iki sistem” modeli çərçivəsində Çinlə birləşmək imkanını rədd edir.

“Tayvan “bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edir. Yalnız Tayvan xalqı öz gələcəyinə qərar verə bilər”, - deyə Tayvan Xarici İşlər Nazirliyinin sözçüsü Coann Ou bildirib.

Tayvanın “Bir ölkə, iki sistem” modeli əsasında Çinin bir hissəsi olması təklifi Dövlət Şurasının avqustun 10-da dərc etdiyi Ağ Kitabda yer alıb. Orada həmçinin vurğulanıb ki, Tayvan və Çinin “yenidən birləşməsi” qaçılmazdır və Pekin məsələnin həlli üçün hərbi variantı istisna etmir.

Tayvan ətrafında vəziyyətin gərginləşməsi ABŞ dövlət katibi Nensi Pelosinin adaya səfərinə görə baş verib. Bu səfərdən sonra Çin Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlərə başlayıb və adaya qarşı sanksiyalar elan edib.

"Bir ölkə, iki sistem" modeli 1997-ci ildə Çinin tərkibinə daxil olan Honq Konqda mövcuddur. Son illərdə Pekin Honq-Konqun muxtariyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa başlayıb və bu, genişmiqyaslı etirazlara və şəhərin müstəqillik hərəkatına gətirib çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun