Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi
17 Avqust 2022
Mətni dəyiş

Rusiya səfirliyi İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan sonra Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Səfirlik bununla bağlı bəyanat yayaraq İrəvandakı ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan hiddətləndiyini bildirib.

Rusiyanın diplomatik missiyasının “Facebook”dakı səhifəsində bəyanatın tam mətni yerləşdirilib:

“Biz yerli informasiya məkanında bu il avqustun 14-də “Surmalu” ticarət mərkəzinin ərazisindəki faciədə əli olması ilə bağlı Rusiya strukturlarına qarşı şişirdilmiş, qərəzli, kin dolu və yalan ittihamlardan hiddətləndik.

Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai açıqlamalar gözləyirik.

Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Qeyd edək ki, Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin timsalında Rusiya tərəfi faciənin nəticələrinin aradan qaldırılması işlərinə ilk dəqiqələrdən cəlb olunub”.

"Surməlu" ticarət mərkəzindəki partlayış avqustun 14-də baş verib. Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış və ondan sonra baş verən yanğın nəticəsində 16 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Hüquq-mühafizə orqanları partlayışın hansısa kənar təsirlər nəticəsində baş verməsi ehtimalını inkar ediblər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun