Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb

Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb
11 Avqust 2022
Mətni dəyiş

Latviya Parlamenti (Seym) avqustun 11-də Rusiyanı “terrorun dövlət himayədarı” elan edən bəyanat qəbul edib.

Bu barədə Seymin saytında açıqlama yayılıb. Bəyanatda Rusiyanın Ukraynadakı hərəkətlərinin “Ukrayna xalqına qarşı məqsədyönlü soyqırım” olduğu bildirilir.

Sənəddə deyilir ki, parlament “Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanıyır və digər həmfikir ölkələri də eyni fikri ifadə etməyə çağırır”.

Parlamentarilər Rusiyanın “qorxu yaymaq və mülki insanları ayrı-seçkilik etmədən öldürmək üçün” kaset bombalarından istifadəsini pisləyiblər.

“Rusiya Ukraynanı işğal etmək üçün Ukrayna xalqını və silahlı qüvvələrini ruhdan salmaq və dövlətin fəaliyyətini iflic etmək cəhdlərində əzab və hədə-qorxudan alət kimi istifadə edir”, - bəyanatda deyilir.

Həmçinin, Parlament Avropa İttifaqını Rusiya və Belarus vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağa və ümumilikdə giriş vizalarını azaltmağa çağırıb.

Bəyanatda deyilir ki, Rusiya işğalının “Belarus rejiminin dəstəyi və iştirakı ilə” həyata keçirilir: "Beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların eynisini Belarusa da tətbiq etməyə çağırırıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun