Kreml: Ukraynada "Bayraktar" istehsal edən zavod tikilsə, darmadağın ediləcək

Kreml: Ukraynada "Bayraktar" istehsal edən zavod tikilsə, darmadağın ediləcək
9 Avqust 2022
Mətni dəyiş

Əgər Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dərhal demilitarizasiyaya məruz qalacaq belə obyektin yaradılması faktı yəqin ki, ukraynalıların əzablarını uzadacaq, amma xüsusi hərbi əməliyyatın əsas hədəflərindən yayınmağa imkan verməyəcək. Bunu anlamaq lazımdır”, - o deyib.

Ukrayna ərazisində Türkiyənin "Baykar" şirkərinin PUA-larının istehsal ediləcəyi zavodun inşası barədə iki ölkə razılıq əldə edib.

Ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar RBC-Ukraynaya müsahibəsində bildirib ki, Türkiyə "Baykar" şirkətinin Ukraynada qeydiyyatdan keçərək "Bayraktar" pilotsuz uçan aparatları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb.

Kiyev və Ankara 2022-ci ilin fevral ayının əvvəlində Ukraynada "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı zavodunun yaradılmasını nəzərdə tutan saziş imzalayıblar. Bununla yanaşı, iyulun ortalarında “Baykar”ın direktoru Haluk Bayraktar Türkiyənin heç vaxt öz pilotsuz təyyarələrini Rusiyaya tədarük etməyəcəyinə söz verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun