İran XİN: Salman Rüşdiyə qarşı sui-qəsddə yalnız yazıçının özü və onun dəstəkçiləri günahkardır

İran XİN: Salman Rüşdiyə qarşı sui-qəsddə yalnız yazıçının özü və onun dəstəkçiləri günahkardır
15 Avqust 2022
Mətni dəyiş

İran hakimiyyəti avqustun 12-də Nyu-York ştatında çıxışı ərəfəsində ağır yaralanan yazıçı Salman Rüşdiyə qarşı sui-qəsd cəhdini ilk dəfə şərh edib. Bu barədə Reuters xəbər verib.

Sui-qəsd cəhdi ilə bağlı vəziyyətdə biz yazıçının özü və tərəfdarlarından başqa heç kimi günahkar və qınağa layiq hesab etmirik. Heç kimin İranı günahlandırmağa haqqı yoxdur”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi avqustun 15-də keçirdiyi mətbuat konfransında deyib:

Sözçü onu da bildirib ki, onun İranda mediada yer alanlardan başqa insidentlə bağlı başqa məlumat yoxdur.

Salman Rüşdi 1988-ci ildə nəşr olunan “Şeytan ayələri” kitabının müəllifidir. Kitab kütləvi etirazlara səbəb olub və bir çox müsəlman ölkələrində qadağan edilib, çünki onun personajlarından biri möminlər tərəfindən təhqir və küfr kimi qəbul edilən Məhəmməd peyğəmbərdir. 1989-cu ildə İranın ali dini lideri Ayətullah Xomeyni yazıçının və onun romanının nəşrində iştirak edənlərin hamısının ölümünü tələb edən fətva verib və yazıçının öldürülməsinə görə mükafat təyin edilib. Rüşdi ictimaiyyət qarşısında üzr istəyib, lakin təhlükəsizlik səbəbi ilə illər boyu gizli həyat sürməyə məcbur olub.

Avqustun 12-də Nyu-York əyalətindəki "Chautauqua İnstitutu"nda çıxış etməyə hazırlaşan Rüşdi 24 yaşlı Hadi Matarın bıçaqla hücumuna məruz qalıb. 75 yaşlı yazıçı ağır yaralanıb və xəstəxanadadır. Hücum edən şəxs yerindəcə yaxalanıb, o, günahını etiraf etməkdən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun