Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı “yeni təxribatlardan imtina etməyə” çağırıb. Çavuşoğlu bunu bu gün Türkiyənin paytaxtı Ankarada keçirilən səfirlərin 13-cü konfransında deyib.
“[Qarabağda] müharibə başa çatdıqdan sonra Türkiyə regionda sülhün təmin olunması üçün səylər göstərir. İndi söhbət Azərbaycanın işğal olunmuş ərazilərindən, məcburi köçkünlərdən, qaçqınlardan və hər an yenidən başlaya biləcək münaqişədən yox, regional sülh və əməkdaşlıqdan gedir.
Biz bir daha Ermənistanı [Qarabağda Azərbaycana qarşı] yeni təxribatlarda iştirak etməkdən çəkinməyə çağırırıq”, - Çavuşoğlu bildirib.