Yaponiyanın keçmiş Baş naziri sui-qəsd nəticəsində vəfat edib

Yaponiyanın keçmiş Baş naziri sui-qəsd nəticəsində vəfat edib
8 İyul 2022
Mətni dəyiş

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin vəfat etdiyi bildirilir. Bu barədə “The Guardian” məlumat yayıb.

Nəşr məlumatı yerli xəstəxanadan aldığını qeyd edib.

Sabiq Baş nazirin kliniki ölüm keçirdiyi bildirilir

Yaponiyanın sabiq Baş naziri Sindzo Abenin iyulun 8-də məruz qaldığı sui-qəsd cəhdindən sonra kliniki ölüm keçirdiyi deyilir.

Bildirilir ki, keçmiş Baş nazir Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən keçmiş hərbçi ona silahdan atəş açıb.

Polis Abenin kürəyindən iki güllə yarası aldığı barədə məlumat yayıb.

Sui-qəsdə şübhəli bilinən şəxsin yaxalandığı deyilir.

“41 yaşlı Tetsuya Yamaqami əvvəllər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib. Hazırda polis saxlanılan şəxsi dindirir, onun motivləri barədə hələlik məlumat verilmir”,-deyə qeyd olunub.

Yaponiya hökuməti böhran qərargahı yaradıb, kabinetin rəhbəri Fumio Kişida planlaşdırılan bütün planları ləğv edərək paytaxt Tokioya qayıdıb.

67 yaşlı Sindzo Abe Yaponiya hökumətinin başında ən uzun müddət qalma rekordunu qırıb.

O, ilk dəfə 2006-cı ildə kabinetə başçılıq edib və ölkənin müharibədən sonrakı tarixində ən gənc baş nazir olub.

Onun ikinci hakimiyyətlilik müddəti isə 2012-2020-ci illəri əhatə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun