Zelenski "misligörülməz şücaətə görə" Çörçill mükafatına layiq görülüb

Zelenski "misligörülməz şücaətə görə" Çörçill mükafatına layiq görülüb
27 İyul 2022
Mətni dəyiş

"Ukrayna prezidenti Volodimir Zelenski iyulun 26-da “Putinin vəhşi işğalı qarşısında inanılmaz cəsarət, itaətsizlik və ləyaqətinə görə” Ser Uinston Çörçill mükafatına layiq görülüb”, – Britaniya hökuməti Tvitter hesabında yazıb.

Mükafatı Ukrayna prezidentinə Böyük Britaniyanın baş naziri Boris Conson təqdim edib. Mərasim Dauninq-stritdə baş tutub. Zelenski videobağlantı vasitəsilə orada iştirak edib və daha sonra Teleqramda “bütün Ukrayna xalqı bizi ən pis vəziyyətə qaytarmağa çalışan tiranlıqdan qorunmaq üçün, azadlığı müdafiə etmək uğrunda ayağa qalxmasaydı, bu mükafat mümkün olmazdı” deyə yazıb.

https://twitter.com/10DowningStreet/status/1551957609284083714?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1551957609284083714%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fzelenskiy-poluchil-premiyu-imeni-cherchillya%2F31960911.html

Beynəlxalq Çörçill Cəmiyyətinin saytında bildirilir ki, Zelenskiyə verilən mükafat “müharibə dövrünün lideri ser Uinston Çörçili səciyyələndirən fövqəladə liderlik nümayiş etdirən” şəxslərə verilir. Mükafatın keçmiş sahibləri Uels şahzadəsi Çarlz, Böyük Britaniyanın baş nazirləri Marqaret Tetçer və Con Meyjor, ABŞ dövlət katibləri Madlen Olbrayt və Ceyms Beyker olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun