"Twitter" İlon Maskı şirkəti almaqdan imtina etdiyinə görə məhkəməyə verir

"Twitter" İlon Maskı şirkəti almaqdan imtina etdiyinə görə məhkəməyə verir
13 İyul 2022
Mətni dəyiş

"Twitter" sosial şəbəkəni satın almaq fikrindən daşındığına görə iş adamı İlon Maskı məhkəməyə verib. Bu barədə Reuters yazır.

"Twitter" nümayəndələri məhkəmədən "Tesla" və "SpaceX"-in rəhbərinə sövdələşməni tamamlamaq üçün göstəriş verməsini istəyirlər.

İddiaçılar Maskı, razılaşmaya baxmayaraq, “fikrini dəyişməkdə, şirkəti məhv etməkdə, işin gedişatını pozmaqda, mübadilə dəyərini məhv etməkdə və getmək hüququna malik olduğuna inanmaqda" ittiham edirlər.

Reuters yazır ki, iddiaya əsasən, sövdələşmə elan edildikdən sonra şirkətdə ixtisarların sayı artmaqdadır.

"Twitter" həmçinin bildirib ki, Maskın sövdələşmədən geri çəkiləcəyi və rəqib platforma quracağından ehtiyat edərək ona spam hesabları haqqında əlavə məlumat təqdim etməyiblər.

İlon Mask iyulun əvvəlində "Twitter"-in sosial şəbəkədəki botların və spam hesablarının sayını müstəqil qiymətləndirmək üçün ona məlumat verməməsi bəhanəsi ilə sövdələşmədən geri çəkilib (bu, reklam auditoriyasını anlamaq üçün vacibdir). "Twitter" bildirib ki, Maskın böyük miqdarda məlumatlara çıxışı var, lakin hesabların reallığını müəyyən etmək üçün lazım olan şəxsi məlumatlara deyil.

Mask aprel ayında "Twitter"-i 44 milyard dollara (səhm başına 54,2 dollar) almağı planlaşdırdığını açıqlamışdı. O, platformanın azad sözü ifadə etmək potensialını reallaşdırmaq istədiyini bildirmişdi. Bununla belə, Maskın söz azadlığı ilə bağlı fikirləri müzakirələrə səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun