Şimali Koreya DXR və LXR-in müstəqilliyini tanıyıb

Şimali Koreya DXR və LXR-in müstəqilliyini tanıyıb
13 İyul 2022
Mətni dəyiş

Şimali Koreya qondarma Donesk Xalq Respublikasının müstəqilliyini rəsmən tanıyıb. Bunu qondarma respublikanın rəhbəri Denis Puşilin deyib.

“İkitərəfli tərəfdaşlıq dövlətlərimizin müəssisələri üçün ticarət coğrafiyasını artıracaq. Əminəm ki, bizi fəal və səmərəli əməkdaşlıq gözləyir”, - Puşilin bildirib.

DXR rəsmiləri həmçinin Şimali Koreyanın Rusiyadakı səfiri Sin Xon Çxolun DXR səfiri Olqa Makeyevaya tanınma barədə sənədi təqdim etdiyini əks etdirən fotoşəkil də yayımlayıb.

Şimali Koreya DXR-in müstəqilliyini tanıyan üçüncü BMT üzvü olub. Daha əvvəl Rusiya və Suriya qondarma respublikanı tanımışdı.

KXDR-in Moskvadakı səfirliyi Pxenyanın qondarma Luqansk Xalq Respublikasının müstəqilliyini də tanıdığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun