SEPAH-ın raket mühəndisinin öldürüldüyü deyilir

SEPAH-ın raket mühəndisinin öldürüldüyü deyilir
25 İyul 2022
Mətni dəyiş

İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitinin öldürüldüyü bildirilib. 

Bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

Məlumata görə, SEPAH-ın raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb. Qəzetin yazdığına görə, İran hökuməti ölümlə bağlı rəsmi açıqlama verməsə də, dəfn mərasimindən sonra bu aydınlaşıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani isə sonradan verdiyiqi açıqlamada qeyd edib ki, İranın elmi şücaətinin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların öz məqsədlərinə çatmasına kömək etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun