Rusiyanın Vinnitsa şəhərinə raket zərbələri nəticəsində 20 nəfər həlak olub

Rusiyanın Vinnitsa şəhərinə raket zərbələri nəticəsində 20 nəfər həlak olub
14 İyul 2022
Mətni dəyiş

İyulun 14-də səhər saatlarında Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket hücumu nəticəsində partlayışlar və yanğınlar baş verib. Rusiya ordusunun raket zərbələri nəticəsində 20 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Bu barədə məlumatı Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko yayıb. K.Timoşenko ümumilikdə 90 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib.

Xilasedicilərin sözlərinə görə, doqquzmərtəbəli “Yubiley” Həyat Evinin yaxınlığındakı dayanacaq da zərbəyə hədəf olub: “İlkin məlumata görə, 25 avtomobil yanıb”.

Vinnitsa dövlət administrasiyasının rəhbəri Sergey Borzov şəhərə raket zərbələrinin endirilməsi barədə xəbərləri təsdiqləyib.

Ukrayna prezidenti Volodimir Zelenski də Vinnitsaya raket hücumlarına reaksiya verib və partlayışların nəticələrinin videosunu nümayiş etdirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun