Rusiya və ABŞ bu ölkələrin prezidentlərinin göstərişlərinə uyğun olaraq əsirlərin mübadiləsi ilə bağlı danışıqlar aparır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova 2012-ci ildə ABŞ-da 25 il həbs cəzasına məhkum edilən rusiyalı iş adamı Viktor Butun Britni Qrayner və Pol Uilanla dəyişdirilməsi təklifi ilə bağlı məlumatları şərh edərkən deyib. Zaxarova konkret adlar çəkməyib.
Hələlik konkret nəticə əldə olunmayıb. Eyni zamanda, danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarının nəzərə alınmasına diqqət edirik.
ABŞ-ın Viktor Butu Britni Qrayner və Pol Uilan ilə dəyişdirilməsi təklifi barədə məlumat bir gün əvvəl CNN tərəfindən yayılıb. ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Uilan və Qraynerlə bağlı Moskvaya “vacib təklif” etdiyini bildirib.
2022-ci ilin aprelində ABŞ-da narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı Konstantin Yaroşenko Rusiya Federasiyasında məhkum olunmuş amerikalı tələbə Trevor Ridin müqabilində Rusiyaya ekstradisiya edilib.