"Rusiya Ukraynanın böyük hissəsinin ilhaqına hazırlaşır"

"Rusiya Ukraynanın böyük hissəsinin ilhaqına hazırlaşır"
20 İyul 2022
Mətni dəyiş

Rusiya Ukraynanın böyük hissəsinin ilhaqının "təməlini qoyur". Bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Kirbi ABŞ kəşfiyyatının məlumatlarına istinad edərək xəbərdarlıq edib ki, Kreml Xerson, Zaporojye və Donbasın ətrafındakı əraziləri Rusiyanın bir hissəsi elan etmək niyyətindədir. O, Ukraynanın işğalı zamanı ələ keçirilən ərazilərdə Moskvanın hərəkətlərini Krımda baş verənlərlə müqayisə edib. 

"Rusiya artıq Ukraynanın öz nəzarəti altında olan hissələrinə qeyri-qanuni məmurlar təyin edir. İlk növbədə, bu insanlar saxta referendumlar keçirəcək, sonra Rusiya bu referendumlardan istifadə edərək Ukraynanın suveren ərazisini ilhaq etməyə cəhd edəcək" - deyə Kirbi bildirib.

Ağ Ev sözçüsü bildirib ki, Rusiyanın niyyətləri ilə bağlı əvvəlki fərziyyələr ilhaq istiqamətində səylərin “daha ​​qərarlı və daha strateji” xarakter alması barədə kəşfiyyat məlumatları ilə təsdiqlənir. 

"Əraziləri güc yolu ilə ilhaq etmək cəhdi BMT Nizamnaməsinin kobud şəkildə pozulması olacaq və cəzasız qalmayacaq", - Kirbi xəbərdarlıq edib. 

O, Kremlə qarşı sərt yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Yaxın günlərdə HIMARS uzaqmənzilli raket sistemlərinin yeni partiyasının da Ukraynaya göndərilməsi gündəmdədir. // Toplum TV 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun