Putin Tehranda Rəisi və Ərdoğanla görüşəcək

Putin Tehranda Rəisi və Ərdoğanla görüşəcək
12 İyul 2022
Mətni dəyiş

Rusiya Prezidenti Vladimir Putin Tehrana səfər edəcək, Suriya üzrə Astana adlandırılan formatın tərkib hissəsi kimi türkiyəli və iranlı həmkarları ilə görüşəcək.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 12-də deyib ki, Putin iyulun 19-da Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq. Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Rusiya lideri ikinci xarici səfərinə çıxır.

Rusiya, İran və Türkiyə ilkin olaraq Qazaxıstan paytaxtı Astanada bir neçə dəfə bir araya gələrək Suriyadakı vətəndaş müharibəsini bitirməyi, bu Yaxın Şərq ölkəsində vəziyyəti sabitləşdirməyi müzakirə ediblər.

İranla Rusiya Suriya Prezidenti Bəşər Əsədin qatı tərəfdarlarıdır. Türkiyə isə onun hakimiyyətdən getməsinə çağırır, müxalif döyüşçüləri dəstəkləyir.

Azadlıq Radiosu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun