Paşinyan Ərdoğana zəng edib

Paşinyan Ərdoğana zəng edib
12 İyul 2022
Mətni dəyiş

İyulun 10-da Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə hər iki ölkənin rəsmi orqanları məlumat yayıb. 

Bildirilib ki, Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə Ermənistanın baş nazirini qarşıdan gələn Tanrının Transfiqurasiya bayramı münasibətilə təbrik edib.

Qeyd olunub ki, iki ölkə liderləri regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək münasibətlərin normallaşdırılması üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar. Tərəflər iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də keçirilən görüşündə əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun