İsveçrədə eynicinsli nikahlara rəsmən icazə verilib

İsveçrədə eynicinsli nikahlara rəsmən icazə verilib
7 İyul 2022
Mətni dəyiş

İsveçrədə eynicinsli nikahlar qanuniləşdirilib. Yeni qanun eynicinsli cütlükləri öz heteroseksual həmyaşıdları ilə daha bərabər şərtlərlə təmin edəcək. Beləcə onlar partnyorlardan birinin vəfatı halında təqaüdün varisi ola biləcək, ortaq övladlığa götürmə üçün, yaxud tərəflərdən birinin İsveçrə vətəndaşı olmadığı təqdirdə vətəndaşlıq üçün müraciət edə biləcəklər.

İsveçrə Qərbi Avropada eynicinslilərin evliliyinə icazə verən sonuncu ölkələrdən biridir.

Ölkədə yüzlərlə cütlük yaxın bir neçə həftə ərzində qeydiyyatdan keçmiş tərəfdaşlıqlarını nikaha çevirəcəklər.

Cümə günündən sonra bəziləri hətta dini mərasim keçirmək şansı əldə edə bilər. Həm protestant, həm də islahatçı kilsələr eynicinsli nikahları dəstəkləyirlər. Hətta protestantlar 2019-cu ildə öz qaydalarında ayrı-ayrı keşişlərə öz kilsələrində eynicinsli cütlüklərin evlənməsi barədə qərar verməyə icazə verən müddəa təklif edəcəyini bildirib.

Hərçənd qanunun əleyhdarları da az deyildi. Ölkənin xristiyan demokratları federal konstitusiyaya uyğun olaraq, eynicinslilərin toylarını qeyri-qanuni etmək cəhdi ilə 2016-cı ildə nikahı "kişi və qadın arasında davamlı birgə yaşayış" kimi təyin edən referendum keçirməyə çalışıblar.

Sadə səs çoxluğuna ehtiyacı olan referendum 0,8 faiz və ya cəmi 54 979 səslik kiçik fərqlə rədd edilib.

2020-ci ilin dekabrında ölkənin Milli Şurasında eynicinsli nikahların tanınması ilə bağlı parlament təşəbbüsü qəbul edildikdən sonra sağçı Federal Demokratik Birlik İsveçrə qanununun 50.000-dən çox imza toplayacağı təqdirdə yenidən referendum keçirməyə imkan verən müddəasından istifadə edib.

Bununla belə, 2021-ci ildə keçirilən referendumda seçicilərin 61,4 faizi və ölkənin 26 kantonunun hamısı eynicinsli nikahların qanuni olmasını dəstəkləyib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun